Pulu nəyə yatırsam daha çox qazanaram?

Pulu nəyə yatırsam daha çox qazanaram?

İqtisadi böhran şəraitində insanlar adətən maliyyə vəsaitlərini əllərində cəmləyirlər və investisiya etməkdən çəkinirlər. Amma iqtisadi ekspertlər indiki şəraitdə belə Azərbaycanda gəlir əldə etmək üçün yatırım imkanlarının olduğunu bildirirlər. Bəs, pulu nəyə yatırsaq daha çox gəlir əldə edə bilərik?

İqtisadi ekspert Cəfər İbrahimli fins.az-a bildirib ki, söhbət qısa müddətli və likvid investisiyalardan gedirsə, bunlar əsasən kapital maliyyə alətləri kimi bilinən səhm, istiqraz, qızıl, gümüş və bunlara bənzər əmtəələrə bağlı törəmə maliyyə alətlərini aid etmək olar. Daşınmaz əmlak uzunmüddətli və strateji gəlir imkanı yaradır və hər gün alınıb-satılma və nağda çevirilmə imkanı azdır.

Dollarla ən çox gəlir imkanı SOCAR istiqrazlarındadır

Hal-hazırda Azərbaycan bazarında dollarla likvid maliyyə aləti ən çox gəlir imkanı yaradan SOCAR istiqrazlarındadır. C.İbrahimli bildirib ki, bank depozitləri ilə müqayisədə bu istiqrazlar üzrə daha yüksək, yəni minimum 5% gəlir təklif edir. Bankların hazırki maliyyə vəziyyəti, sektorda baş verən son proseslər investorları qısa müddətli investisiya kimi banka əmanət yerləşdirmə məsələsində ehtiyatlı davranmağa vadar edir.Onun sözlərinə görə, SOCAR istiqrazları ilə yanaşı, xarici bazarda da həm SOCAR istiqrazları həm də dövlətin avrobondları təxminən 5% gəlirlilik təmin edir. Amma SOCAR tərəfindən daxili bazarda buraxılan istiqrazlar operativ və xərclərinin az olmasına görə daha sərfəlidir. Eyni zamanda emitent tərəfindən verilən geri alma təminatı çərçivəsində daha likvid olması və əsas vəsaitin tam qorunma təminatı, yəni emitent istənilən zamanda əsas vəsaitin geri qaytarılaraq istiqrazların geri alınmasına təminat verməsi alətin ciddi üstünlükləridir. Digər tərəfdən gəlirlər hər 3 aydan bir ödənilir. Birləşik faizlərlə hesablansa gəlirlilik 5% daha çox olur. Bunlara paralel olaraq bazarda baş verən dəyiliklər fonunda investor sahib olduğu istiqrazları cari qiymətindən daha yuxarı qiymətə sataraq 5%-in üzərində əlavə sərmayə qazancı əldə edəbilər. Burada əks tendensiya baş verərək istiqrazların bazar qiyməti aşağı düşə bilər. Ancaq emitentin nominal qiymətdən geri alma təminatı gəlirliliyin yenə də 5% həcmində olmasını tənzimləyir.

“Manatla yatırım etmək istəyənlər dövlət qiymətli kağızlarını seçsin”

Manatla ən sərfəli investisiya imkanı isə Maliyyə Nazirliyinin buraxdığı dövlət qiymət kağızlarıdır. Bu kağızlar üzrə gəlirlilik son hərracların nəticəsinə görə 17-20% civarındadır. Vaxtı çatanda bu kağızlar üzrə yığılmış faizlər və əsas vəsait investorun bank hesabına köçürülür və istiqrazlar Maliyyə nazirliyi tərəfindən geri alınaraq tədavüldən çıxarılır. Eyni zamanda bu istiqrazları vaxtından əvvəl təkrar bazarda sataraq vəsaitimizi nəğdə və diğər maliyyə alətinə çevirə bilərik. Bununla belə, dövlət qiymətli kağızları sıfır riskli investisiya kimi qiymətləndirilir, likviddir və təkrar bazarda itkisiz nağda çevrilmə imkanı vardır.

“Cəlbedici olması üçün banklar depozit faizini 30%-ə çatdırmalıdırlar”

C.İbrahimli bildirib ki, sadalanan maliyyə alətlərindən fərqli olaraq bankların manat depozitlərinin cəlbedici olması üçün faizin ən azı 20%-in üzərində olması daha realdır. Çünkü hər zaman və hər bir iqtisadi situasiyada banklar dövlət şirkətindən və dövlətdən çox yüksək risk daşıyırlar və bu risk əlavə faiz ödəməklə tənzimlənir. Ekspert hesab edir ki, dövlət qiymətli kağızları manatla gəlirliliyin həcminə və digər parametrlərə görə bank əmanətlərini üstələyir. Belə ki, depozit vaxtından əvvəl götürülərsə, bank faizi vermir və təklif olunan 15% gəlir qaneedici deyil. İndiki şəraitdə Maliyyə Nazirliyinin istiqrazları 20% gəlir verirsə, bankların əmanətlərə bunun üzərində gəlir təklif etdiyi halda sərfəli ola bilər.

“Səhm almaq istəyənlər mütləq araşdırmaya aparmalıdırlar”

İnvestisiya imkanı kimi səhmlərə gəldikdə isə C.İbrahimli bildirib ki, hazırki iqtisadi durğunluq dövründə manatın ucuzlaşması ilə səhmlərin üzərində təzyiq formalaşdırıb.Azərbaycan reallığında şirkətlər maliyyə hesablarının şəffaflığının aşağı səviyyədə olması və çox gecikmə ilə açıqladıqları üçün yatırımçılara investiya etmək üçün çətinlik yaradır. Şirkətlərin idarə etmə standardlarının, şəffaflığının və gəlir yaratma imkanlarının səviyyədən aslı olaraq səhmlərə də yatırım etmək olar.

“Daşınmaz əmlak indi sərfəli deyil”

İqtisadçı-ekspert Elman Sadıqov da yatırım imkanı kimi daşınmaz əmlakın cəlbedici olmadığını deyib. Belə ki, hazırda daşınmaz əmlak bazarında ucuzlaşma prosesi gedir. Bu ucuzlaşma dollar öz bazar dəyərini tapana qədər davam edə bilər, lakin dollar öz bazar dəyərini tapdıqdan sonra xüsusilə 100 min dollara qədər dəyəri olan daşınmaz əmlaklara yığılan tələb tədricən bazara yönələcək. Burada rubl qarşısında manatın getdikcə ucuzlaşması fonunda Rusiyada yaşayan azərbaycanlılar üçün də daşınmaz əmlak bazarı cəzbedici olacaq. Qısamüddətli dövr üçün daşınmaz əmlak sərfəli olmasa da, uzunmüddətli dövr üçün sərfəli ola bilər.

“SOCAR istiqrazları ona görə sərfəlidir ki…”

Onun sözlərinə görə, pul yatırmaq üçün ən yaxşı alternativlərdən biri SOCAR istiqrazlarıdır. Bu istiqrazlar hazırda Azərbaycan şəraitində ən cəlbedici və aşağı riskə malik investisiyadır: “İstiqrazlar həm dollarladır, bundan əlavə SOCAR istiqrazları minimum nominal qiymətilə geri götürməyə tam təminat verir və 3 aydan bir faiz ödənilir”. Bundan əlavə bu istiqrazların ikinci əl bazarı da getdikcə inkişaf edir və likvid xarakter alır.

“Qorunan əmanətlər üzrə yatırım etmək olar”

E.Sadıqov yatırım imkanı kimi banklara depozitlərin yerləşdirilməsinin məqsədəuyğun olduğunu deyir. Hazırda dollar üzrə qorunan əmanətlər 3%-lə, manat üzrə 15%-lə qəbul edilir. Bankların qorunan əmanətlərinə dövlət zəmanət verir. Dövlət də indiyə qədər bağlanan bütün banklarda bununla bağlı öhdəliklərini yerinə yetirib. Manat depozitləri hazırda cəlbedici görünməsə də, dolların öz bazar qiymətini tapmasından sonra daha cəzbedici və gəlirli olacaq.

“Dövlət qiymətli kağızlarını əhali ala bilmir”

Alternativ yatırım imkanı kimi qiymətli kağızlara gəldikdə isə E.Sadiqov Azərbaycanda bu bazarın istənilən səviyyədə inkişaf etmədiyini bildirir: ”Məsələn, Maliyyə Nazirliyinin istiqrazları illik 20%-ə yaxın gəlirlilik təklif etsə də, əhalinin bu bazara çıxış imkanları məhduddur. SOCAR istiqrazlarından fərqli olaraq bu qiymətli kağızlar üzrə təbliğat zəifdir deyə əhali həm məlumatsızdır, həm də təəssüf ki, likvid təkrar bazarı formalaşmamışdır”.

“Alternativ yatırım alətləri artmalıdır”

Ekspert hesab edir ki, Azərbaycanda alternativ investisiya alətləri artmalıdır. Bu sahədə böyük boşluq var: “Bu boşluğu doldurmaq üçün SOCAR ilk addımı atdı. Artıq Maliyyə Nazirliyi də dövlət qiymətli