SOCAR İstiqrazlarini təkrar bazarda necə almaq olar?

SOCAR İstiqrazlarini təkrar bazarda necə almaq olar?

1) İstiqraz almaq istəyən şəxs – investor bankda dollar hesabı açır.

2) Dollar hesabı barədə bank arayışı və şəxsiyyət vəsiqəsilə investisiya şirkətinə müraciət edir.

3) İnvestisiya şirkəti və investor arasında müqavilə imzalanır.

4) İnvestisiya şirkəti investor üçün Milli Depozit Mərkəzində (MDM) depo hesabı açır.

5) Müştəri almaq istədiyi istiqrazların məbləğini bankdakı hesabdan MDM-in hesabına köçürür.

6) İstiqraz alan investor bu əməliyyata görə İnvestisiya şirkətinə komissiya haqqı ödəyir.

7) İnvestisiya şirkəti müştəriyə sahib olduğu istiqrazlar barədə çıxarış təqdim edir.