Fitch: “SOCAR-ın likvidlik problemi yoxdur”

Fitch: “SOCAR-ın likvidlik problemi yoxdur”

SOCAR-ın likvidliyi kifayət qədərdir. “APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

“Fitch” qeyd edir ki, beynəlxalq maliyyə hesabatlılığı standartlarına (BMHS) əsasən, 2016-cı ilin iyun ayının 30-a SOCAR-ın 3,8 mlrd. manat həcmində pul vəsaiti var ki, bunun da 63%-i banklarda dollar qismində yerləşdirilib. Agentliyin hesablamalarına əsasən, bu vəsait 3,4 mlrd. manat həcmində olan qısamüddətli borcun bağlanması üçün kifayət edir.

Məlumatda o da vurğulanıb ki, 2016-2019-cu illərdə dövlət şirkətinin əsaslı xərcləri 10 mlrd. manat səviyyəsində olacaq.