SOCAR istiqrazları yenidən bahalaşıb – QİYMƏT

Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib. İstiqrazların təkrar bazarı üzrə market-meyker «PSG Kapital» şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1008 dollara almaq olar.

SOCAR İstiqrazı sahiblərinin gündəlik qazancı – AÇIQLANDI

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün dollarla buraxdığı SOCAR İstiqrazları öz sahiblərinə hər gün gəlir gətirir. Nominal qiyməti 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faiz gəlirləri hər gün üçün hesablandığına görə, hər bir istiqraz sahibi gündə təxminən 0,14 dollar qazanır.

“Petkim”in səhmləri beş aylıq maksimuma yüksəlib

Bakı. 3 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” ötən gün 2016-cı ilin yekun maliyyə göstəricilərini açıqlayandan sonra şirkətin səhmlərinin qiyməti yüksələrək bu gün beş aylıq maksimuma çatıb.

SOCAR Ukraynada təbii qaz satışlarına başlayıb

SOCAR Ukraynanın daxili bazarında təbii qaz ticarətinə başlayıb. "APA-Economics" xəbər verir ki, 2016-cı ilin dekabrın 30-da SOCAR-ın Ukraynadakı törəməsi olan "SOCAR Ukraine Ticarət Evi" "ERU Trading" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın törəməsi şirkətə 131 mln. kubmetr qaz satacaq.

Ötən il qiymətli kağızlar bazarı 33% artıb

2016-cı il ərzində ölkənin qiymətli kağızlar bazarı artım nümayiş etdirib, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən xəbərə görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14,026 mlrd. manat təşkil edib.

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

SOCAR istiqrazlarının təkrar bazarında market-meyker fəaliyyətini həyata keçirən PSG kapital şirkəti yanvar ayının nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumatlardan aydın olur ki, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.

Pulu nəyə yatırsam daha çox qazanaram? – GƏLİR İMKANLARI

İqtisadi böhran şəraitində insanlar adətən maliyyə vəsaitlərini əllərində cəmləyirlər və investisiya etməkdən çəkinirlər. Amma iqtisadi ekspertlər indiki şəraitdə belə Azərbaycanda gəlir əldə etmək üçün yatırım imkanlarının olduğunu bildirirlər. Bəs, pulu nəyə yatırsaq daha çox gəlir əldə edə bilərik?

Sabit Bağırov: Risksiz və hər an pula çevrilən yatırımdır.

Azərbaycan vətəndaşları üçün yatırım imkanları, əhalinin bu sahədəki vərdişləri və hazırda ölkədə mövcud olan investisiya alətləri, o cümlədən SOCAR istiqrazları ilə bağlı APA-nın suallarına Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov cavab verir.

Rövnəq Abdullayev: SOCAR istiqrazları vətəndaşlarımız üçün sabit qazanc mənbəyinə çevrilib

Azərbaycanda ilk dəfə buraxılan SOCAR istiqrazları, onların investorlar üçün yaratdığı gəlir imkanları və ilk faiz ödənişi ilə bağlı Trend-in suallarına SOCAR-ın prezidenti Rövnəq Abdullayev cavab verir.

- Rövnəq müəllim, SOCAR-ın maliyyə vəziyyəti necədir? Son bir neçə ayda dünya bazarında neftin qiyməti artır. Bu amil şirkətin maliyyə durumuna təsir edibmi?

SOCAR İstiqrazı almaq istəyənlər kəskin artıb-İNVESTİSİYA ŞİRKƏTİ

SOCAR İstiqrazlarının ilk faiz ödəməsi əhalinin bu katğazlara marağını kəskin artırıb. Bu barədə investisiya şirkətlərindən bildirilib.

SOCAR-ın buraxdığı istiqrazlara görə ilk faiz ödənişinin həyata keçirilməsindən sonra investisiya şirkətlərinə bu kağızları almaq üçün müraciətlər çoxalıb.

Gözləntilərin doğrulması, yəni istiqrazlar üzrə faizlərin ödənişi vətəndaşların istiqrazlara yatırım vasitəsi kimi inamını çoxaldıb. Digər tərəfdən, bazarda çevik və gəlirli investisiya aləti olan SOCAR İstiqrazları öz rəqiblərini üstələyir.

Ali Ağaoğlu: “Azərbaycanın iqtisadi böyüklüyünə görə yetərincə rezervləri var”

“Neftin qiymətinin ilin sonuna qədər yüksələ biləcəyi ən üst rəqəm 60-65 dollardır”

SOCAR-ın qiymətli kağızların emissiyasi üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Ali Ağaoğlu SOCAR istiqrazlarının bazara buraxılmasının ilk 3 ayı ərzində qazandığı uğurlar, eləcə də dünyada və ölkədə yaşanan iqtisadi proseslərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib.

SOCAR held the first interest payment on bonds

On January 17, 2017 SOCAR held the press-conference at his head office “SOCAR TOWER” on the occasion of the first interest payment of SOCAR bonds.

Press conference was attended by the leaderships of SOCAR and its structural division "SOCAR Capital" company. According to the Chairman of the Supervisory Board of the "SOCAR Capital" company, vise-president of SOCAR Suleyman Gasimov issuing of the SOCAR bonds and the secondary turnover of them in the market gives strong support to the diversifying funding sources of SOCAR as well as more efficient use of resources of the country's citizens and to the development of the securities market of Azerbaijan. From his words “Issuing of the SOCAR bonds made favorable opportunity to the involvement in economic processes funds of the population and to bring benefits to the owners from unused funds. As a result, today revenue deposited to bonds brings funds to their owners”.

"SOCAR onlara çox vəd verib" - Ali Ağaoğlu

“İnsanların əksəriyyəti istiqrazları əllərində saxlamağa üstünlük verirlər, bir dənə də olsun istiqraz geri qaytarılmadı”

SOCAR-ın qiymətli kağızların emissiyasi üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Ali Ağaoğlu SOCAR istiqrazlarının bazara buraxılmasının ilk 3 ayı ərzində qazandığı uğurlar, eləcə də dünyada və ölkədə yaşanan iqtisadi proseslərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib.

SOCAR 550 mln. manat mənfəət əldə edib

SOCAR şirkəti 2016-cı ilin ilk yarısını mənfəətlə başa vurub. Bu barədə SOCAR istiqrazları üzrə ilk faiz ödənişinə həsr edilmiş mətbuat konfransında SOCAR-ın iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, ötən ilin yanvar-iyun ayları üzrə SOCAR-ın audit olunmuş maliyyə göstəricilərinə görə, şirkət həmin dövrü mənfəətlə başa vurub.

"SOCAR İstiqrazlarını ona görə indi buraxdıq ki…" - MÜSAHİBƏ

Yanvarın 17-də Azərbaycan tarixində istiqrazlar üzrə ən böyük faiz ödənişi həyata keçiriləcək. Ötən ilin sentyabrında buraxılan SOCAR istiqrazlarının sahibləri ilk gəlirlərini əldə edəcəklər. Milli.Az bildirir ki, SOCAR İstiqrazları, onların hansı məqsədlə buraxılması və başqa yatırım üsullarından fərqi ilə bağlı suallara "SOCAR Capital" şirkətinin icraçı direktorunun müavini Tolqa Kotan cavab verir.

SOCAR İSTİQRAZLARININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

Sentyabr ayının 16-da SOCAR-ın yeni binasında SOCAR İstiqrazlarının təqdimat mərasimi keçirildi. Azərbaycan vətəndaşlarına yeni alternativ investisiya imkanı təqdim edən SOCAR İstiqrazları gəlirli və etibarlı qazanc təklif edir. SOCAR İstiqrazları SOCAR-ın xarici maliyyə bazarlarında əldə etdiyi təcrübəni Azərbaycan maliyyə bazarına tətbiq etmək və mövcud maliyyə sistemini daha da möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.

SOCAR TƏRƏFINDƏN ÖNƏMLI MƏLUMATLANDIRMA

SOCAR İstiqrazları ilə əlaqədar "ASAN xidmət"in 1 və 5 saylı mərkəzlərində hər zaman investorlara xidmət göstərilməyə davam ediləcək. SOCAR İstiqrazları ilə bağlı dəstək almaq üçün qeyd olunan xidmət mərkəzlərimizə yaxınlaşaraq, müraciət edə bilərsiniz.