SUAL-CAVAB

Tez-Tez verilən suallara cavablar. Əlavə sualınız varsa Sual ver


Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq olar. Bunun üçün Maliyyə Palatasının lisenziya verdiyi bütün investisiya şərkətlərinə (“AzFinance Invest”, “InvestAZ”, “PAŞA Kapital”, “PSG- Kapital”,“ Unicapital”, “Kapital Menecment”) və yaxud 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət etmək lazımdır.

SOCAR İstiqrazlarını təkrar bazarda almaq istəyən Azərbaycan vətəndaşlarından şəxsiyyət vəsiqəsi və bankda dollar hesabının olmasını təsdiq edən sənəd tələb olunur.

Digər ölkələrin vətəndaşları SOCAR istiqrazları alarkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanınan şəxsiyyətini təsdiq edən sənədi ilə yanaşı, bankda ABŞ dolları hesabının olmasını təsdiq edən sənəd təqdim etməlidir. Bəzi hallarda xarici vətəndaşdan əlavə sənədlər də tələb oluna bilər. Bu sürücülük vəsiqəsi və ya digər şəkilli sənəd, nigah haqqında şəhadətnamə və s. ola bilər.

SOCAR istiqrazlarının ilkin və təkrar bazardan alışı prosesində ciddi fərq yoxdur. Fərq yalnız qiymət və komissiya ödənişindədir. İstiqrazları ilkin bazarda (yəni abunə yazılışı zamanı) 1000 dollara almaq olardı. Təkrar bazarda satılan istiqrazlar isə digər şəxslərə məxsus olduğuna görə, onlar təkrar bazar qiymətinə satılır və bu qiymət gündən asılı olaraq dəyişir. İstiqrazların ilkin satışı prosesində heç bir komissiya nəzərdə tutulmamışdı. Təkrar bazarda istiqraz alınanda isə istiqrazın alındığı investisiya şirkətinin hesabına komissiya ödənilir.

Təkrar bazardan alınan SOCAR İstiqrazlarının şərtləri birinci bazardan alınan istiqrazlardan fərqlənmir. 5 illik müddətə buraxılıb, 2021-ci ilədək dövriyyədə olacaq, illik 5% gəlir gətirir, faizlər 3 aydan bir ödənilir, likviddir - yəni istənilən vaxt rahatlıqla alınıb-satıla bilər. SOCAR hər zaman öz istiqrazlarını nominal dəyəri olan 1000 ABŞ dollarından alma zəmanəti verir.

SOCAR İstiqrazlarının müddəti 5 illik olduğu üçün, 2 ildən sonra təkrar bazarda istiqraz əldə etmiş şəxs üçün istiqrazın müddəti 3 il olacaqdır. Nə vaxt alınmasından asılı olmayaraq SOCAR istiqrazlarının müddəti 2021-ci ildə başa çatır.

SOCAR İstiqrazlarının təkrar bazarı çox aktivdir. Satışda olan istiqrazların alışı və ya satışı üçün hər hansı bir limit tətbiq olunmur. Fiziki və ya hüquqi şəxslər istənilən miqdarda SOCAR istiqrazı ala bilərlər. Əgər müştərinin almaq istədiyi qədər istiqraz satışda yoxdursa, o investisiya şirkətlərinə müraciət edib hansı miqdarda və hansı məbləğdə istiqraz almaq istədiyini bildirə bilər. İnvestisiya şirkəti müştəriyə bununla bağlı lazımi xidməti göstərəcək və ya lazımi istiqaməti verəcək.

Təkrar bazarda alınan SOCAR İstiqrazları üçün İnvestisiya Şirkəti tərəfindən çox cuzi komissiya məbləği tutulur. İstiqrazların həcmi artdıqca, bir istiqraza görə ödənilən komissiya haqqı azalır. Məsələn, alıcı 1 və 5 ədəd SOCAR istiqrazı alarkən investisiya şirkətinə 10 manat, Milli Depozit Mərkəzinə (MDM) 1,5 manat, birjaya isə 0,18 manat (18 qəpik) olmaqla - ümumilikdə 11,68 manat komissiya haqqı ödəyir. 5 ədəd istiqraz alan şəxs üçün komissiya haqqı investisiya şirkətinə 10 manat, Milli Depozit Mərkəzinə (MDM) 1,5 manat, birjaya isə 0,88 manat (88 qəpik) olmaqla - ümumilikdə 12,38 manat təşkil edir. Bundan başqa, istiqrazın alınması zamanı bankda dollar hesabının asılması (10 manat) və transfer komissiyası (10 dollar) da ödənilir. Nəticədə 1 və 5 ədəd istiqrazın alınması zamanı əlavə xərclər 40 manat, 10 ədəd istiqraz alındıqda isə 42 manat təşkil edir. Nəticədə 5 ədəd istiqraz alındığında 1 istiqraza düşən komissiya haqqı 8 manat, 10 istiqraz alındıqda isə hər istiqraza düşən komissiya cəmi 4,2 manat təşkil edir.

Bəli, SOCAR İstiqrazlarını satan şəxsdən İnvestisiya Şirkəti tərəfindən komissiya tutulur. İstiqrazların həcmi artdıqca, bir istiqraza görə ödənilən komissiya haqqı azalır. Məsələn, satıcı 1 ədəd SOCAR istiqrazı satarkən investisiya şirkətinə 10 manat, Milli Depozit Mərkəzinə (MDM) 1,5 manat, birjaya isə 0,18 manat (18 qəpik) olmaqla - ümumilikdə 11,68 manat komissiya haqqı ödəyir. 5 ədəd istiqraz satan şəxs üçün komissiya haqqı investisiya şirkətinə 10 manat, Milli Depozit Mərkəzinə (MDM) 1,5 manat, birjaya isə 0,88 manat (88 qəpik) olmaqla - ümumilikdə 12,38 manat təşkil edir. Hər istiqraza görə 2,48 manat ödəniş düşür. Miqdar artdıqca hər istiqraza görə ödənilən məbləğ azalır.

Faiz ödənişi zamanı istiqraz kimin adınadırsa, istiqrazın sahibi də həmin şəxs sayılır və faiz ödənişi də o şəxsin hesabına köçürülür.

Azərbaycan Respublikası tərəfindən tanınan şəxsiyyətini təsdiq edən sənədi (pasport, müvəqqəti yaçayıma icazəsi) və bankda ABŞ dolları ilə hesabı olan bütün xarici vətəndaşlar SOCAR İstiqrazlarını ala bilərlər.

Hüquqi şəxsin aşağıdakı sənədlərinin apostil və ya leqallaşdırma qaydasında təsdiq edilmiş surətləri; Hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə sənəd Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə Hüquqi şəxsin nizamnaməsi Digər: Hüquqi şəxsin qanuni təmsilçisinin təyin olunması barədə sənəd (İmza səlahiyyətinə malik olan şəxslərin siyahısı və şəxsiyyət vəsiqələri) FATCA sənədləri Dollarda olan bank hesabı haqqında arayış Anket üçün məlumatlar: (Telefon nömrələri, faktiki yerləşdiyi ünvanlar) Olduqda: fililalları və nümayəndəlikləri haqqında. etibarnamə hüquqi şəxsi digər şəxs təmsil etdikdə benefisiarın müəyyənləşdirilməsi üçün hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı və nizamnaməsinin surətləri. Səhmdarları haqqında sənəd tələb oluna bilər. İnvestor istiqraz almaq və bütün alış-satış əməliyyatlarının həyata keçirilməsi üçün yalnız Milli Depozit Mərkəzinin üzvü olan İnvestisiya Şirkətlərinə müraciət edir («AzFinance Invest», «InvestAZ», «PAŞA Kapital», «PSG- Kapital»,“ Unicapital” “Kapital Menecment”).

Hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti; Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və ya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti. Hüquqi şəxsin qanuni təmsilçisinin təyin olunması barədə sənəd, İmza səlahiyyətinə malik olan şəxslərin siyahısı və şəxsiyyət vəsiqələri Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti (VÖEN); FATCA sənədləri Lisenziyaların surəti (olduqda) Əsas Səhmdarları haqqında sənəd tələb oluna bilər. Anket üçün məlumatlar (Telefon nömrələri, faktiki yerləşdiyi ünvanlar) Dollarda olan bank hesabı haqqında arayış Fililalları və nümayəndəlikləri haqqında (olduqda) Etibarnamə (olduqda); Hüquqi şəxsi digər şəxs təmsil etdikdə benefisiarın müəyyənləşdirilməsi üçün hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı və nizamnaməsinin surətləri. İnvestor istiqraz almaq və bütün alış-satış əməliyyatlarının həyata keçirilməsi üçün yalnız Milli Depozit Mərkəzinin üzvü olan İnvestisiya Şirkətlərinə müraciət edir («AzFinance Invest», «InvestAZ», «PAŞA Kapital», «PSG- Kapital»,“ Unicapital” “Kapital Menecment”).

İstiqraz almaq üçün istənilən bankda ABŞ dolları hesabı keçərlidir.

Bəli, almaq olar. Eləcə də, istiqrazların alınması barədə müqavilənin imzalanması və prosesin aparılması üçün Azərbaycanda həmin xarici vətəndaşın vəkalətnamə verdiyi insan olmalıdır.

Xeyr, ölkədən köçdükləri zaman istiqrazları satmaq məcburiyətində deyillər. Lakin köçdükdə şəxsin şəxsiyyətini təsdiq edən sənədlər dəyişirsə, istiqrazı satarkən həmin adam olduğunu sübut edən əlavələr gətirməlidir.

Xarici vətəndaşların SOCAR istiqrazları üzrə gəlirlərinin vergiyə cəlb edilməsi həmin şəxsin rezidenti olduğu ölkənin vergi qanunvericiliyinə və həmin ölkə ilə Azərbaycan Respublikası arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişə əsasən tənzimlənir.

SOCAR istiqrazlarının gətirdiyi gəlir istiqrazların sayından asılıdır. Əvvəlcədən elan olunduğu kimi, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir. Bu şərtlərə əsasən, 1 ədəd istiqrazı olanlar ildə 50 dollar, 10 ədəd istiqrazı olanlar ildə 500 dollar, 100 ədəd istiqrazı olanlar isə ildə 5 000 dollar gəlir əldə edəcəklər. Bu vəsaitlər ildə 4 dəfə bərabər hissələrlə istiqraz sahibinin bank hesabına köçürüləcək. Məsələn, şəxsin 10 istiqrazı varsa, o ildə 500 dolar gəlir götürəcək və bu vəsaitlər hər 3 ayda bir dəfə 125 dollar olmaqla ümumilikdə 4 bərabər hissə ilə onun hesabına köçürüləcək. Əgər investor SOCAR İstiqrazlarından aldığı faizlərlə yenə istiqraz alsa illik qazancı 5.10% qədər yüksələ bilər.

2016-cı ildə tədavülə buraxılan SOCAR İstiqrazlarının müddəti 5 ildir və 2021-ci ildə tədavül müddəti bitir.

Hal-hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ Dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR istiqrazları ilkin mərhələdə ABŞ Dolları ilə buraxılır. SOCAR tərəfindən bazardakı tendensiyalar daim tədqiq olunur və gələcəkdə ABŞ Dolları nominallı istiqrazlarla yanaşı, milli valyutada da istiqrazların emissiyası planlaşdırılır. Bu barədə gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir.

İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurmuşdur və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaqdır.SOCAR İstiqrazlarının sahibləri istiqrazlarını satın aldıqları İnvestisiya Şirkətləri vasitəsi ilə (AzFinance Invest, InvestAZ, PAŞA Kapital, PSG- Kapital ), eyni zamanda 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazı kiosklarına müraciət edərək sata bilərlər. Bütün hallarda SOCAR, buraxdığı istiqrazların likvidliyinə təminat verir. İstiqaraz sahibi notarius vasitəsi ilə sahib olduğu istiqarzları bağışlaya və ya hədiyyə edə bilər.

Bəli, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurmuşdur və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaqdır.

İstiqraz - investisiya qiymətli kağızlarıdır. SOCAR İSTİQRAZLARI SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır.

İstiqrazlar bank depozitlərindən daha likvid investisiya alətidir. Belə ki, bank depozitlərindən fərqli olaraq, sahibi tərəfindən qazanılmış faiz gəlirlərini tam həcmdə özündə saxlamaqla, istiqrazı müddətindən əvvəl ikinci bazarda satmaq mümkündür.

Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi. Eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi.

İstiqrazlar ABŞ Dolları ilə buraxılmışdır.

İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ Dolları;
Bir İstiqrazın nominal dəyəri: 1000 (min) ABŞ Dolları;
İstiqrazların müddəti: 5 illik
İstiqrazların Faizi: illik 5% olacaqdır.
Faiz ödəməsi periodu: Hər 3 aydan bir, 3 aylı müddətdən sonrakı ilk iş günü

Müştərilərə minimal 1 000 ABŞ Dolları və ümumi buraxılış miqdarı 100 milyon ABŞ Dollarına qədər olan məbləğlərdə istiqrazlar təklif olunacaq.

Hal-hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR İstiqrazları ilkin mərhələdə ABŞ dolları ilə buraxılır. SOCAR tərəfindən bazardakı tendensiyalar daim tədqiq olunur və gələcəkdə ABŞ dolları nominallı istiqrazlarla yanaşı, milli valyutada da istiqrazların emissiyası planlaşdırılır. Bu barədə gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir.

SOCAR istiqrazlarını şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz.

İstiqrazın məbləği hesab açıldığında – sifariş anında – bir dəfəlik tam həcmdə ödənilməlidir.

Xeyr, istiqrazın ortaq mülkiyyətçisi ola bilməz. Milli Depozit Mərkəzi (MDM) və investisiya şirkətlərindəki hesab sahibi olan fiziki və hüquqi şəxslər istiqrazın tək mülkiyyətçisi sayılır.

İstiqrazlar vədə sonuna qədər əldə tutulduğunda, sahibinə illik 5% qazanc gətirir: hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü 1,25% faiz gəliri istiqraz sahiblərinin hesablarına köçürüləcəkdir.

Qazandığınız kupon faizi Milli Depozit Mərkəzi tərəfindən istiqraz aldığınızda qeyd etdiyiniz hesaba təyin olunan vaxtlarda göndəriləcək.

SOCAR istiqrazları haqqında məlumatları ASAN xidmətdən, İnvestisiya Şirkətlərindən (AzFinance Invest, İnvestAZ, PAŞA Kapital, PSG–Kapital), Banklardan (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Xalq Bank, Azər-Türk Bank) əldə edə bilərlər.
www.socaristiqraz.az
www.asan.gov.az
www.afi.az
www.investaz.az
www.pashabank.az
www.psgbroker.az
www.ibar.az
www.kapitalbank.az
www.rabitabank.az
www.xalqbank.az
wwww.azerturkbank.az

Qlobal iqtisadi tendensiyalar və yerli tələbata uyğun olaraq faiz göstəriciləri dəyişkənlik göstərə bilər.

Mövcud infrastruktur hazırda qiymətli kağızların elektron olaraq tədavülünə daha uyğundur. Bununla bərabər, gələcəkdəki emissiyalarda sənədli istiqrazların da buraxılışı nəzərdə tutulur.

İstiqraz sahiblərinin hüquqi statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. SOCAR istiqrazının sahibləri qarşısında birbaşa olaraq SOCAR öhdəlik daşıyır.

İstiqrazlar elan olunmuş investisiya şirkətlərindən (AzFinance Invest, İnvestAZ, PAŞA Kapital, PSG–Kapital ), 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Xalq Bank və Azər-Türk Bankdan əldə olunacaqdır

İlkin yerləşdirmə (abunə yazılışı) zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər ala biləcəkdir. Daha sonra xarici fiziki və hüquqi şəxslər bu istiqrazları istiqraz sahiblərindən satın ala bilərlər.

Üstünlük fiziki şəxslərə (vətəndaşlara) veriləcəkdir.

İstiqraz sahibləri aldıqları istiqrazları investisiya şirkəti vasitəsilə sata bilər və ya notarius vasitəsi ilə başqasının adına keçirə bilərlər.

İstiqrazları əvvəlcədən elan olunmuş investisiya şirkətlərindən, 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən ,Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Xalq Bank və Azər-Türk Bankdan ala bilərlər.
İstiqrazların satışı isə bu hallarda həyata keçirilə bilər: əgər istiqraz sahibinin müəyyən etdiyi bir alıcısı varsa, investisiya şirkətlərində istiqrazını sata bilər, eyni zamanda notariusda müştərisinin adına keçirə bilər. Əgər istiqraz sahibi müştərisini müəyyən etməyibsə, o zaman investisiya şirkətləri vasitəsilə Bakı Fond Birjasında (BFB) satışı həyata keçirə bilər. Bütün hallarda SOCAR, istiqrazlarını satmaq istəyən vətəndaşların istiqrazlarının alışını təmin edəcəkdir.

1) Fiziki şəxslərin $100,000-dək olan hissəsi- sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;
- Tələb olunan məbləğ təklif olunan məbləği qarşılamadığı halda:

2) Hüquqi şəxslərin $100,000-dək olan hissəsi - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;
- Yuxarıdakı maddələrin cəmi üzrə tələb olunan məbləğ təklif olunan məbləği qarşılamadığı halda:

3) Fiziki və hüquqi şəxslərin (heç bir fərq qoyulmadan) $100,000-dən çox olan hissəsi- əvvəlki addımlardan sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərin dəyərinə olan nisbətindən alınmış əmsalın hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsini ödəməklə;

4) Fiziki və hüquqi şəxslərin $100,000-dən çox olan hissəsinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;

İstiqrazlar üçün cari ilin 20 sentyabr-10 oktyabr tarixləri aralığında sifarişlər toplanacaq. 12-14 oktyabr tarixləri arasında isə yerləşdirmə əməliyyatı baş tutacaq.

12-14 oktyabr tarixləri aralığında yerləşdirmə əməliyyatı həyata keçirildikdən sonrakı iki iş günü ərzində qarşılanmayan bütün sifariş məbləğləri investorların bank hesablarına geri ödənəcək.