SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-05-31T09:14:44+00:00
gcapital Xəbərlər gelir, istiqraz, istiqraz sahibleri

Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR İstiqrazlarının sahiblərinin qazancı yaxın günlərdə 5 milyon dollara çatacaq. SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb. «SOCAR Capital» şirkətinin məlumatına görə, növbəti faizlər oktyabrın 17-də ödəniləcək. Həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1,25 milyon dollar gəlir əldə edəcəklər.

Bu, SOCAR İstiqrazları üzrə sayca 4-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvar, aprel və iyul aylarının 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 3,75 milyon dollar qazanıblar.

Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişindən sonra isə istiqraz sahiblərinin illik gəliri 5 milyon dollara çatacaq. Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar dollarla buraxıldığına görə, onlar üzrə faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər. SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında fiziki və hüquqi şəxslər tərəfindən ən çox alınan qiymətli kağızlardır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətlərinə görə, SOCAR İstiqrazları hazırda bazarda ən sərfəli və əlverişli yatırım imkanlarından sayılır. Artıq özəl şirkətlər də vəsaitlərini SOCAR İstiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • June 2025
  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib June 10, 2025
  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (45)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.