SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-05-31T09:23:04+00:00
gcapital Xəbərlər ada, ada universiteti, socar capital, tedbir

Oktyabrın 20-də ADA Universiteti və «SOCAR Capital» şirkətinin təşkilatçılığı ilə «Qlobal Kapital Bazarlarında Fəaliyyət və Uğurlar» mövzusunda konfrans keçirilib.

ADA Universitetində təşkil olunan konfransda dünyanın və Azərbaycanın kapital bazarlarında baş verən proseslər, ölkəmizdə bu sahədəki yeniliklər və əldə edilən uğurlar, eləcə də, gələcəkdə maliyyə və kapital bazarlarında gözlənilən dəyişikliklər və bu prosesdə texnoloji yeniliklərin rolu barədə müzakirələr aparılıb.

Konfransda ADA Universitetinin tələbə-müəllim heyəti, SOCAR rəhbərliyi, «SOCAR Capital» şirkətinin rəhbərliyi və ekspertləri, ölkənin bir sıra bank və biznes strukturlarının nümayəndələri, müstəqil ekspertlər və mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə qlobal kapital bazarları, bu sahədəki yeniliklər, texnoloji yeniliklərin rolu ilə bağlı maraqlı təqdimatlar edilib.

“İqtisadiyyat 2.0” mövzusunda təqdimatla çıxış edən maliyyə bazarları üzrə Türkiyənin tanınmış eksperti, SOCAR-ın Kapital Bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu dünyada baş verən texnoloji yeniliklər və bu yeniliklərin maliyyə-kapital bazarlarına təsiri, eləcə də, qarşıdakı 10 il ərzində gözlənilən yeniliklər haqqında danışıb. A.Ağaoğlu bildirib ki, hazırda davam edən texnoloji inqilab dünya iqtisadiyyatının quruluşunu və xəritəsini sürətlə dəyişməkdədir. Yeni texnologiyalara əsaslanan «rəqəmsal dünya» və yeni istehlakçılar təbəqəsi formalaşır, yeni enerji mənbələri isə neft bazarını kökündən dəyişir. Kapital bazarlarında yaranan yeni xidmətlər və məhsullar, o cümlədən kriptovalyutalar ənənəvi xidmətlərlə rəqabətdədir. Bütün bunlar insanların həyatına və yaşam tərzinə də ciddi yeniliklər gətirəcək.

Konfransda “PASHA Holding”-in İdarə Heyəti Sədrinin 1-ci müavini Cəlal Qasımov “Kapital bazarları bank sektorunun inkişafına necə dəstək verə bilər?” mövzusunda təqdimatla çıxış edib. Onun sözlərinə görə, hazırda yeni yanaşmalara əsasən, kapital bazarları və bank sistemi bir-birini tamamlamalı və bir yerdə inkişaf etməlidir. Təqdimatda bildirilib ki, Azərbaycanda bank sisteminin kapital bazarlarından geniş maliyyələşmə təmin edə bilməməsi əsasən bazarın dərin olmaması ilə əlaqədardır. Belə ki, kapital bazarlarının dərinliyini xarakterizə edən göstəricilər üzrə Azərbaycan bir sıra dünya ölkələrindən, o cümlədən orta gəlirli ölkələrin orta göstəricisindən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə ölkədə həmin sahənin inkişafı üçün böyük potensialın olduğunu göstərir. C.Qasımov bildirib ki, kapital bazarları və bank sistemi arasındakı əlaqənin işlək hala gəlməsində əsas şərtlərdən biri maliyyə və real sektordakı şəffaflıqdır.

Tədbirdə “Kapital bazarları. Yeni era” mövzusunda təqdimatla çıxış edən Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov, Azərbaycanın qiymətli kağızlar bazarı, buradakı alətlər, bazar iştirakçıları, emitent və investorlar üçün yaradılan imkanlar haqqında geniş məlumat verib. Onun sözlərinə görə, kapital bazarınının inkişafı üçün texnoloji, qanunvericilik və qabaqcıl xarici təcrübəyə əsaslanan yeniliklər edilib, Bakı Fond Birjasında müasir bazar infrastrukturu qurulub. Son dövrlər qiymətli kağızlar bazarında baş verən ən mühüm yeniliklərdən biri isə çevik və likvid maliyyə aləti olan SOCAR İstiqrazlarının buraxılması olub. BFB rəhbəri bildirib ki, yeni tenxnologiyalar kapital bazarlarına da ciddi yeniliklər gətirib, o cümlədən investorların bazarlara çıxışını sadələşdirib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimatlar interaktiv müzakirələr və sual-cavabla davam edib.

Konfransda belə tədbirlərin və burada səslənən məlumatların tələbələr üçün olduqca vacib və faydalı olduğu qeyd edilib. Bildirilib ki, bu biliklər sürətlə dəyişən iqtisadi aləmdə gənc mütəxəssislərin formalaşması və onların gələcək fəaliyyəti üçün mühüm rol oynayır.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.