SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-05-31T09:18:12+00:00
gcapital Xəbərlər BFB, istiqraz, kapital bazarlar, socar capital, tedbir

Oktyabrın 17-də Bakı Fond Birjası (BFB) və “SOCAR Capital” şirkətinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Azərbaycanın fond bazarının təmsilçiləri, dövlət qurumları, iri holdinq, bank, investisiya və sığorta şirkətləri nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi tədbirdə kapital bazarlarında mövcud vəziyyət, bu sahədəki çağırışlar, aparılan islahatlar və yaradılan imkanlar geniş müzakirə olunub. Tədbirdə bildirilib ki, maliyyə sektorunun və kapital bazarlarının inkişafı ölkə iqtisadiyyatının prioritet sahələrdən biri kimi müəyyən edilib. Hazırda aparılan islahatların istiqamətlərindən biri də məhz bu sektorun inkişafına yönəlib.

Açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rolundan bəhs edib. O bildirib ki, hazırda Kapital bazarında İnvestorlar və Emitentlər üçün yüksək texnoloji həllər və müasir hüquqi çərçivələr yaradılıb. Ticarət və ticarət sonrası infrastruktur möhkəmələndirilib, investiya şirkəti, market meyker institutları formalaşdırılıb. Bu da öz növbəsində bazar iştirakçıları üçün çevik maliyyələşmə və investisiya imkanları yaradıb.

V. Namazov BFB-də mövcud maliyyələşmə və likvidlik alətləri, BFB-nin təşkil etdiyi Listinq Məsləhət Proqramı vasitəsi ilə şirkətlərə listinq, maliyyələşmə və ilkin kütləvi təklif istiqamətində göstərilən dəstək, həmçinin Azərbaycanın mərkəzi kapital bazarı platforması olan CETA-nın yaratdığı imkanlardan bəhz edib. Konfransda bildirilib ki, Azərbaycanın kapital bazarında son dövrlər baş verən ən mühum yeniliklərdən biri SOCAR tərəfindən daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazlarının buraxılması olub. Yüksək gəlirliyi və likvidliyi ilə seçilən SOCAR İstiqrazları hazırda ölkədə ən populyar qiyimətli kağıza çevrilib.

Oktyabrın 17-də SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəyə buraxılmasının bir ili tamam olur və həmin tarixdə istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib. Tədbirdə SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu istiqrazların imkanları, üstünlükləri və yaratdığı imkanlar barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, SOCAR İstiqrazlarının dövriyyəyə buraxılması investorlar üçün yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın kapital bazarının infrastrukturunun təkmilləşməsində, operativ və şəffaf ticarət prosesinin formalaşmasında böyük rol oynayıb.

Tədbirdə Kapital bazarında investisiya perspektivləri müzakirə mövzusu olub. «Paşa Holdinq»in İH sədrinin 1-ci müavini Cəlal Qasımov bu mövzuda təqdimatla çıxış edib. Konfransda Strateji Yol Xəritələrində kapital bazarının inkişafı üçün nəzərdə tutulan islahatlar və onların icra vəziyyəti geniş müzakirə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bununla bağlı geniş təqdimatla çıxış edib. Konfransda hazırda ölkənin kapital bazarlarında mövcud olan investisiya alətləri və investorlar üçün yaradılan imkanlar da müzakirə edilib. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vuqar Namazov “Azərbaycan Kapital bazarları: Yeni alətlər və imkanlar astanasında” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə qlobal maliyyə bazarları və onların yerli bazarlarla inteqrasiyası, kapital bazarlarına çıxış üçün müasir texnoloji həllər diqqət mərkəzində olub. Bu sahədəki yeniliklər Invest AZ şirkətinin rəhbəri Elşən Quliyevin “Maliyyə Bazarlarında yüksək texnologiyaların rolu və Qlobal Kapital bazarınlarında effektiv maliyyələşməyə inteqrasiya” mövzusunda təqdimatda açıqlanıb. Konfransda bildirilib ki, kapital bazarlarına investisiya və investorların fəallığı ölkədəki biznes mühitlə sıx bağlıdır. “PricewaterhouseCoopers”in idarəedici partnyoru Mövlan Paşayev “Hazırkı biznes mühiti. Şirkətlər niyə kapital bazarlarında olmalıdır? ” mövzusunda təqdimatla çixiş edib. “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” konfransı kapital bazarı təmsilçiləri və əlaqədar qurumlar üçün məlumat mənbəyi olmaqlda yanaşı, həm də faydalı müzakirə meydanına çevrilib. Konfrans panel müzakirələri və sual-cavablarla davam edib.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.