SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-05-31T09:10:57+00:00
gcapital Xəbərlər istiqraz, korporativ istiqraz

Dünyada ən çox korporativ istiqraz satışı 2013-cü ildə 49 milyard dollar məbləğində dünyanın ən böyük komunikasiya texnologiyaları şirkəti olan “Verizon” tərəfindən həyata keçirilib. Həmin istiqrazların illik gəlirliyi 5.15% olub. Elə həmin il məşhur “Apple” şirkəti də 17 milyard dollar dəyərində istiqraz satıb. Amma “Apple”nin istiqrazlarının gəlirliyi illik 2.4% təşkil edib.

Bu barədə Trend-ə “SOCAR Capital”dan məlumat verilib.

İsrailin “Actavis” firması isə 2015-ci ildə 21 milyard dollar dəyərində, gəlirliyi 3% olan istiqraz buraxıb.

İstiqraz buraxılışının həcminə görə, 3-cü yeri Amerikanın telefon və teleqraf şirkəti olan “ATT” tutur. Şirkət 2015-cı ildə illik 4,5% gəlirliklə 17.5 milyard dollarlıq istiqraz buraxılışı həyata keçirib.

Mənbə:https://www.theatlas.com/charts/NkxGaqJOx

Qeyd edək ki, dünya maliyyə bazarlarının inkişaf etməsi, ölkələrin və şirkətlərin iqtisadi vəziyyətinin yaxşılaşması nəticəsində son 20 ildə korporativ istiqrazların faiz həddlərində azalma müşahidə edilib. 1997-ci ildə dünyada hər istiqrazdan orta hesabla 6.97% mənfəət götürmək mümkün idisə, 2016-cı ildə bu göstərici 3.27% təşkil edilib.

Mənbə: ABŞ Xəzinədarlıq Departamenti

Xatırladaq ki, istiqrazlar müəyyən müddətə geri ödənilmək şərti ilə sahibinə nominal dəyərin müəyyən faizi nisbətində qazanc təmin edən borc sənədləridir. Korporativ istiqrazlar əsas olaraq maliyyə vəsaiti təmin etmək, müxtəlif layihələri və əməliyyatları icra etmək məqsədi ilə buraxılır.

 

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.