FAQs Shortcodes
You can show the faqs with Porto FAQs shortcodes.
Normal
İstiqraz nədir?
İstiqraz – borc qiymətli kağızlarıdır. SOCAR İstiqrazları, istiqrazı buraxan şəxsdən (emitent) əvvəlcədən müəyyən edilmiş tarixlərdə faiz (kupon) gəlirini və istiqraz müddətinin sonunda, qoyduğu ilkin vəsaiti (nominal) almaq hüququnu verən investisiya qiymətli kağızıdır.
Tədavülə buraxılmış istiqrazların ümumi məbləği nə qədərdir və buraxılış neçə mərhələdən ibarət olacaq?
Yeni SOCAR İstiqrazının - buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ dolları; nominal dəyəri: 1000 (min) ABŞ dolları; müddəti: 5 il; faiz dərəcəsi: illik 4.5% olacaqdır. Faiz ödəməsi: fevral, may, avqust və noyabr aylarının 1-də.
Niyə istiqrazlar hazırda sadəcə xarici valyuta –ABŞ dolları ilə buraxılıb?
Hal-hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR İstiqrazları ilkin mərhələdə ABŞ dolları ilə buraxılıb.
İnvestorlara minimal olaraq hansı məbləğdə istiqrazlar təklif olunur?
İnvestorlara minimal 1 000 ABŞ dolları məbləğində istiqrazlar təklif olunur.
Show Filter

İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata bilərlərmi?
Bəli, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sataraq nağd pula çevirə bilərlər. SOCAR market-meykeri vasitəsi ilə istiqraz sahiblərinin təkrar bazarda hər zaman likvidlik riski ilə üzləşmələrinin qarşısını alır.
SOCAR İstiqrazlarının alan şəxslər onları harada və necə sata, bağışlaya və ya hədiyyə edə bilər? Bunun üçün necə bir sistem təşkil olunmuşdur?
İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alır. SOCAR İstiqrazlarının sahibləri istiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazı kiosklarına müraciət edərək sata bilərlər. Bütün hallarda SOCAR, buraxdığı istiqrazların likvidliyinə təminat verir. Qanunvericiliyin tələbləri çərçivəsində istiqraz sahibi notarius vasitəsi ilə sahib olduğu istiqrazları bağışlaya və ya hədiyyə edə bilər.
SOCAR İstiqrazları ildə nə qədər qazanc gətirir?
Əvvəlcədən elan olunduğu kimi, SOCAR İstiqrazlarının nominal qiyməti 1000 dollar, illik gəlirliliyi 4.5%-dir. Bu şərtlərə əsasən, 1 ədəd istiqrazı olanlar ildə 45 dollar, 10 ədəd istiqrazı olanlar ildə 450 dollar, 100 ədəd istiqrazı olanlar isə ildə 4 500 dollar gəlir əldə edəcəklər. Bu vəsaitlər ildə 4 dəfə bərabər hissələrlə istiqraz sahibinin bank hesabına köçürüləcək. Məsələn, şəxsin 10 istiqrazı varsa, o, ildə 450 dolar gəlir götürəcək və bu vəsaitlər hər 3 aydan bir 112.5 dollar olmaqla, ümumilikdə 4 bərabər hissə ilə onun hesabına köçürüləcək. İnvestor SOCAR İstiqrazlarından aldığı faizləri yenidən istiqrazlara investisiya edərək qazancını daha da artıra bilər.
İstiqraz almaq istəyən Azərbaycan şirkətindən hansı sənədlər tələb olunur?
Azərbaycan şirkəti SOCAR İstiqrazlarını yerli investisiya şirkətləri vasitəsilə əldə edə bilərlər. Bunun üçün investisiya xidmətlərinin göstərilməsi üzrə müqavilə bağlanılır və əsasən aşağıda tələb olunan sənədləri təqdim edirlər. Notarial təsdiq olunmuş nizamnamənin surəti, dövlət reyestrindən çıxarış, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN), imza səlahiyyətini təsdiqləyən sənədlər və sair.
Show Pagination
Təkrar bazardan alınan istiqrazların şərtləri (müddət, faiz ödəməsi və s.) birinci bazardan alınanlardan fərqlənirmi?
Təkrar bazardan alınan SOCAR İstiqrazlarının şərtləri birinci bazardan alınan istiqrazlardan fərqlənmir. 5 illik müddətə buraxılıb, 2026-ci ilədək dövriyyədə olacaq, illik 4.5% gəlir gətirir, faizlər 3 aydan bir ödənilir, likviddir – yəni istənilən vaxt rahatlıqla alınıb-satıla bilər.
SOCAR İstiqrazlarının ilkin bazardan alışı ilə təkrar bazardan alışı arasında fərqlər varmı? Hansılardır?
SOCAR İstiqrazlarının ilkin və təkrar bazardan alışı prosesində ciddi fərq yoxdur. Fərq yalnız qiymət və komissiya ödənişindədir. İstiqrazları ilkin bazarda (yəni abunə yazılışı zamanı) 1000 dollara almaq mümkündür. Təkrar bazarda satılan istiqrazların qiymətləri isə istiqraz sahiblərinin tələb-təkliflərindən asılı olaraq dəyişir.SOCAR İstiqrazlarını abunə yazılışından əldə edən fiziki şəxslər olan investorların vasitəçilik xərclərini SOCAR qarşılayır.. Təkrar bazarda istiqraz alışı zamanı isə vasitəlik edən investisiya şirkətinin broker komissiyası yaranır.
SOCAR İstiqrazları almaq xarici vətəndaşlardan hansı sənədlər tələb olunur?
Digər ölkələrin vətəndaşları SOCAR İstiqrazları alarkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanınan şəxsiyyətini təsdiq edən sənədi ilə yanaşı, yerli bankların birində dollarda cari hesab məlumatını təqdim etməlidir. Bəzi hallarda xarici vətəndaşdan əlavə sənədlər də tələb oluna bilər.
SOCAR İstiqrazlarını təkrar bazarda almaq üçün Azərbaycan vətəndaşlarından hansı sənədlər tələb olunur?
SOCAR İstiqrazlarını təkrar bazarda almaq istəyən Azərbaycan vətəndaşlarından şəxsiyyət vəsiqəsi və yerli bankların birində dollarda cari hesab məlumatı tələb olunur.
Niyə bu istiqrazlar elektron formatda satışa çıxarılmışdır?
Qiymətli kağızlar haqqında mövcud qanunvericilik hazırda qiymətli kağızların elektron olaraq tədavülünə icazə verir.
Show Archive Link