SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
adminf2025-05-02T07:36:31+00:00
adminf Xəbərlər

SOCAR İstiqrazlarının 14-cü kupon ödənişi edildi

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 14-cü kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 15 milyon 750 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 avqust tarixində baş tutacaq.

Məlum olduğu kimi, SOCAR tərəfindən “Yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə buraxılan “Yaşıl” təyinatlı yeni istiqrazların cari ilin 7 mart tarixindən etibarən Bakı Fond Birjasında tədavülünə start verilib. İllik 6% gəlirliliklə 5 illik müddətə buraxılan və faizləri rüblük qrafiklər əsasında ödəniləcək olan “Yaşıl” istiqrazların ilk kupon ödənişi 7 iyun tarixində baş tutacaq (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

adminf

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.