SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-05-31T09:12:26+00:00
gcapital Müsahibə, Xəbərlər istiqraz, PSG Kapital

SOCAR İstiqrazlarının təkrar bazarda ticarəti, istiqrazların kimlər tərəfindən və hansı məqsədlə alındığı barədə suallara istiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətinin satış təmsilçisi Cəmilə Lələxanova cavab verir.

– Cəmilə xanım, faiz ödənişləri istiqrazların satışına və onlara göstərilən marağa necə təsir edib? Yəni, istiqrazların satışında nə dəyişiklik var?

– Bildiyiniz kimi, aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci dəfə faizlər ödənildi. Faiz ödənişindən sonra qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına maraq və tələbat bir qədər də artıb.
– Satış rəqəmlərini açıqlaya bilərsiniz?

– Əlbəttə, faiz ödənişindən sonra, yəni aprelin 17-dən 8 may tarixinədək istiqrazların satışı ilə bağlı 65 müqavilə bağlanıb və 4645 ədəd istiqraz satılıb.
– İstiqrazları əsasən kimlər alır, fiziki şəxslər, yoxsa şirkətlər?

– İstiqrazları ən çox fiziki şəxslər alırlar, amma hüquqi şəxslərin də bu kağızlara marağı yüksəkdir.
– Bəs, hansı bölgələrin vətəndaşları istiqrazlara daha çox maraq göstərir?

– Demək olar ki, Azərbaycanın bütün regionlarından müraciətlər var. Hətta bu yaxınlarda məcburi köçkünlər şəhərciyindən də bir investor yaxınlaşıb istiqraz alıb.
– İstiqraz alanlar dövlət işində işləyənlərdir, yoxsa sahibkarlar?

– İnvestorlar arasında həm fiziki şəxslər, həm sahibkarlar, həm də dövlət işində işləyənlər var, müraciətlər çoxdur.

– Adətən, iş adamları əllərində olan vəsaitlərlə biznes qururlar. Belə çıxır ki, onlar həmin vəsaitləri istiqrazlara da yatırırlar?

– Bəli, elə hallar da müşahidə edirik. İş adamları biznesə başlayana qədər, yəni işlərini qurub-qaydasına salana qədər əllərində olan vəsaitləri istiqrazlara yatırırlar. Bu kateqoriyadan olan biznesmenlər yüzlərlə istiqraz alıblar.

– Olubmu ki, adamlar evlərini, torpaqlarını, ya da maşınlarını satıb istiqraz alsınlar?

– Bəli, belələri də var. Elə investorlar olub ki, evlərini, torpaqlarını, hətta maşınlarını satıb, gəlib istiqraz alıblar . Məsələn, müştərilərimizdən biri evini satıb və həmin pulla 50 ədəd istiqraz alıb, digəri bir müştərimiz isə yenə evini sataraq, 102 ədəd istiqraz alıb. Bəzi müştərilərimiz isə banklardakı əmanətlərinin müddəti başa çatandan sonra həmin vəsaitlərlə istiqraz alıblar.

– Xarici vətəndaşlar da istiqraz alırlarmı?

– Bəli, Azərbaycanda yaşayanlardan başqa, xaricdəkilər də SOCAR İstiqrazı alırlar. İstiqraz alanlar əvvəlki kimi Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə vətəndaşlarıdır. Bunlardan bəziləri həmin ölkələrdə yaşayan azərbaycanlılardır.

– Əhali SOCAR İstiqrazlarını ən çox niyə görə alır – pulunu artırmaq, yoxsa pulunu etibarlı şəkildə saxlamaq üçün?

– Hər iki səbəb göstərilir. Alıcıların bir hissəsini pulunun təhlükəsiz saxlanması, digərini isə gəlir gətirməsi maraqlandırır. Çünki həm SOCAR-ın özü bir şirkət kimi çox etibarlıdır, həm də istiqrazların gəlirliliyi digər alətlərdən daha yüksəkdir. Bundan başqa, əsas səbəblərdən biri SOCAR İstiqrazlarının yüksək dərəcədə likvid olmasıdır. Digər qiymətli kağızlarda likvidlik bu səviyyədə deyil.

– Yəni, istiqrazları lazım olanda dərhal pula çevirmək mümkün olur?

– Bəli, SOCAR İstiqrazlarının marketmeykeri ilə bağlanmış müqaviləyə əsasən, əgər müştəri öz istiqrazını satmaq istəyirsə və təkrar bazarda onu alan olmasa, marketmeyker özü həmin istiqrazları alır. Yəni, müştəri istənilən halda istiqrazını həmin gün satıb, pula çevirə bilir. Müştəriləri də məhz bu cəhət cəlb edir. Amma indiyədək satılan istiqrazların, demək olar ki, hamısını digər investorlar alıblar. Yəni, istiqrazlarını satanlar da yüksək gəlir əldə edirlər.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.