SOCAR-ın Maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu tərəfindən Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində “SOCAR İstiqrazları və İqtisadiyyat 2.0” adlı mühazirə keçirilib. Tədbirdə universitetin rektoru professor Akif Süleymanov və müəllim – tələbə heyəti iştirak edib.