SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-06-01T10:56:52+00:00
gcapital Xəbərlər istiqraz, repo

Azərbaycan qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi artıb.

“SOCAR Capital” şirkətindən verilən məlumata görə, SOCAR istiqrazları ilə REPO müqavilələrinin 2018-ci il üzrə sayı 23-ə çatıb. Bu müqavilələr əsasında istiqraz sahibi olan həm hüquqi, həm fiziki şəxslərə aşağı faizlərlə 12 mln. dollardan çox kredit verilib. Nəticədə qeyd olunan qiymətli kağız vasitə ilə götürülən kreditin məbləği ümumilikdə 24 mln. dolları keçib.

Xatırladaq ki, SOCAR istiqrazları ilə REPO əməliyyatlarına 2017-ci ilin noyabr ayında başlanılıb və bu günə qədər 36 müqavilə bağlanılıb. Kreditlər əsasən 2 gündən 83 günə qədər illik 3,50-4,50 faiz arası götürülüb.

REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə «hair cut» (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilər.

“REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü pul vəsaitlərinin olduqca aşağı faizlərlə cəlb edilməsidir. Belə ki, illik 5% gəlirliyə malik olan SOCAR istiqrazlarının sahibləri çox aşağı faizlərlə kreditlər götürür, onların faiz gəlirləri isə heç bir halda azalmır.

REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyatlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır”,- məlumatda qeyd edilib.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.