SOCAR İstiqrazları
Check the Main Menu location in Apppearance->Menus->Display Location.
gcapital2018-10-25T16:21:13+00:00
gcapital Xəbərlər

SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 8-ci faiz ödənişidir. Bununla da 5 illik dövriyyə müddəti olan SOCAR istiqrazlarının 2 ili geridə qalır. 100 milyon dollar həcmində buraxılan, illik 5 faiz gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan SOCAR istiqrazları 2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib.

2016-cı ildə buraxılan SOCAR istiqrazlarına ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alqı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. Beləliklə bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.

Ötən ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR istiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hazırda SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir.

Qeyd edək ki, SOCAR istiqrazlarının sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdirlər. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16 faizlə manat krediti əldə edə bilərlər. SOCAR istiqrazları girovdaykən belə, dollarda illik 5 faiz gəlir gətirməyə davam etdiyi üçün, manatla götürülən kreditin illik faizi realda 9 faizə qədər enir.

Xatırladaq ki, hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR istiqrazlarını “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə müraciət etməklə təkrar bazardan əldə edə bilərlər.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • May 2025
  • January 2025
  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü May 2, 2025
  • SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları dövriyyəyə buraxıldı January 27, 2025
  • “Yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi – AZTV January 27, 2025
  • “YAŞIL” İSTİQRAZ NƏ VƏD EDİR? – ALI AĞAOĞLU – ARB 24 January 27, 2025
  • SOCAR-ın yeni “yaşıl” istiqrazlarına abunə yazılışı başlandı. SOCAR-ın yeni “yaşıl” istiqrazları artıq satışdadır January 15, 2025

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (13)
    • Xəbərlər (44)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.