SOCAR İstiqrazları
  • SOCAR İSTİQRAZLARI
    • İSTİQRAZ 2016
  • XƏBƏRLƏR
  • SUAL-CAVAB
  • ƏLAQƏ
  • SOCAR İSTİQRAZLARI
    • İSTİQRAZ 2016
  • XƏBƏRLƏR
  • SUAL-CAVAB
  • ƏLAQƏ
gcapital2019-04-17T07:59:48+00:00
gcapital Xəbərlər SOCAR İstiqrazlarının faiz ödənişlərinin yarısı yekunlaşdı üçün şərhlər bağlıdır

Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin  ikinci faiz ödənişi həyata keçirildi. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlmişdir.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış oldu.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 iyul tarixində baş tutacağı bildirilib.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Arxivlər

  • Aprel 2022
  • Sentyabr 2021
  • May 2021
  • Yanvar 2021
  • İyul 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2019
  • Aprel 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • May 2017
  • Aprel 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Son Yazılar

  • Yeni SOCAR istiqrazları ilə 21 mln dollarlıq təkrar bazar əməliyyatı olub Aprel 29, 2022
  • SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarına abunə yazılışı başladı Sentyabr 20, 2021
  • SOCAR İstiqrazlarına abunə yazılışının başlayacağı tarix açıqlandı – DETALLAR ELAN OLUNDU Sentyabr 6, 2021
  • SOCAR yeni istiqrazlar buraxır – tarix elan olundu May 17, 2021
  • 20 milyon dolları aşan gəlir Yanvar 17, 2021

Son şərhlər

    Kateqoriyalar

    • Müsahibə (2)
    • News (6)
    • Video (10)
    • Xəbərlər (37)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.