SOCAR İstiqrazları
  • SOCAR İSTİQRAZLARI
    • İSTİQRAZ 2016
  • XƏBƏRLƏR
  • SUAL-CAVAB
  • ƏLAQƏ
  • SOCAR İSTİQRAZLARI
    • İSTİQRAZ 2016
  • XƏBƏRLƏR
  • SUAL-CAVAB
  • ƏLAQƏ
gcapital2019-10-11T07:31:17+00:00
gcapital Xəbərlər Comments Off on SOCAR İstiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar

Ölkəmizin kapital bazarlarında vətəndaşlarımız üçün alternativ investisiya imkanları təqdim edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

İnvestorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti – hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb – SOCAR İstiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.

SOCAR İstiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə enmiş olur.

Xatırladaq ki, SOCAR İstiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və ASAN Xidmət mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.

Share this post

Facebook Twitter LinkedIn Google + Email

Author

gcapital

Kateqoriyalar

  • Müsahibə
  • News
  • Video
  • Xəbərlər

Archives

  • November 2022
  • August 2022
  • April 2022
  • February 2022
  • September 2021
  • May 2021
  • January 2021
  • July 2020
  • January 2020
  • October 2019
  • July 2019
  • April 2019
  • January 2019
  • December 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • October 2017
  • September 2017
  • May 2017
  • April 2017

About The Blog

Lorem ipsum dolor sit amet, conse elit porta. Vestibulum ante justo, volutpat quis porta diam.

Recent Posts

  • SOCAR İstiqrazları növbəti dəfə sahiblərinə 1,1 milyon ABŞ dolları məbləğində gəlir qazandırıb. November 2, 2022
  • PRESS–RELİZ SOCAR İstiqrazlarının 3-cü faiz ödənişi edildi August 3, 2022
  • PRESS–RELİZ 2-ci SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi August 3, 2022
  • Yeni SOCAR istiqrazları ilə 21 mln dollarlıq təkrar bazar əməliyyatı olub April 29, 2022
  • SOCAR İstiqrazları qazandırmağa davam edir – ilk gəlirlər ödənildi February 1, 2022

Recent Comments

    Categories

    • Müsahibə (2)
    • News (10)
    • Video (10)
    • Xəbərlər (41)
    SOCAR İstiqrazları © Copyright 2021. All Rights Reserved.